Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda keçirilən voleybol turnirinin qalibləri bəlli olub

Naxçıvanda keçirilən voleybol turnirinin qalibləri bəlli olub

Kişi voleybolçular arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş muxtar respublika turnirinə yekun vurulub.

Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində 8 komandanın iki gün ərzindəki qələbə mübarizəsində bu gün keçirilən həlledici oyunlardan sonra mükafatçılar bəlli olub. Final matçından qabaq Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu və solistləri konsert proqramı ilə çıxış ediblər.

Həlledici oyunda “Sədərək” komandasını 3:1 hesabı ilə məğlub edən “Naxçıvan” birinciliyin qalibi olub. Üçüncülük matçında isə “Şərur” və “Culfa” voleybolçuları meydanda olub. Görüş şərurluların qələbəsi ilə yekunlaşıb. İlk üçlükdəki komandalar diplom və medallarla təltif olunub. Qalib komandaya kubok təqdim edilib.

Komandalara mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli təqdim ediblər.

Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan turnirin məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, voleybolçuların oyun təcrübəsini artırmaq və bu sahədə kütləviliyə, ümumi inkişafa zəmin yaratmaqdan ibarət olub.

admin

Related Posts