Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda küçəyə Səbuhi Əhmədovun adı verildi

Bakıda küçəyə Səbuhi Əhmədovun adı verildi

Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 2022-ci ildə baş vermiş sentyabr döyüşləri zamanı şəhid olan Səbuhi Əhmədovun adı verilib.

Bu barədə Xətai Rayon İcra Hakimiyyəti (RİH) məlumat yayıb.

Məlumata görə, “Abidə” küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Xətai rayonu ərazisində 3 küçəyə şəhidlə Rəcəb Məmmədov, Kəmalləddin Məmmədzadə və Səbuhi Əhmədovun adı verilib.

Ümumilikdə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.

Editor

Related Posts