Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda inklüziv konsert proqramı təşkil olunub

Naxçıvanda inklüziv konsert proqramı təşkil olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Biz bir ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvanda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş inklüziv konsert proqramı təşkil edilib, “İnklüziv sərgi” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxa baxış olub.

“Biz bir ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə tədbirin mahiyyətindən danışıb, dövlət siyasətində sosial islahatların xüsusi yer tutduğunu, həssas təbəqəyə dəstək, onların problemlərinin həlli məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildirib. İctimai birliyin sədri ulu öndərin 100 illiyi ərəfəsində xüsusi təbəqədən olan vətəndaşlarla bir araya gəlməyin də mənəvi dəstəyin bir nümunəsi olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərə dövlət qayğısı özünü bir çox sahələrdə göstərir. Bu siyasətin əsası isə ümummilli liderimiz Heydər Əliyev adı ilə bağlıdır. Bu istiqamətdə sosial islahatlar bu gün də prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Tədbir bədii hissə ilə davam edib.

Sonda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İnklüziv sərgi” müsabiqəsində yer tutan gənclər mükafatlandırılıb.

admin

Related Posts