Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təmizlik aksiyası keçirilib

Naxçıvanda Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təmizlik aksiyası keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş təmizlik aksiyası keçirilib.

Aksiya Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Batabat ərazisini əhatə edib. Ekologiya könüllüləri Batabat gölünün ətraf ərazilərini tullantılardan təmizləyiblər.

Aksiya çərçivəsində ekologiya könüllülərinin milli parkın ərazisində ekskursiyası da təşkil olunub.

admin

Related Posts