Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Van Dammın gəlininə irad: “Azərbaycan dilində danış ki, səni anlayaq”

Van Dammın gəlininə irad: “Azərbaycan dilində danış ki, səni anlayaq”

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə aylar sonra Vətənə gəlib.

Birinci 24 xəbər verir ki, bu barədə musiqiçi sosial şəbəkə hesabında məlumat yayıb.

Paylaşımlarında ingilis və rus dillərindən daha çox istifadə etdiyinə görə izləyicilər Suadaya irad bildiriblər.

Belə ki, izləyicilərdən biri “Arada Azərbaycan dilində də danış ki, paylaşdığın videolarda nədən danışdığını anlayaq.

Getdikcə millətlə ayaqlaşırsan. Uzun dırnaq, pirsinq və s… Əvvələr isə belə etmirdin” S.Hacızadəyə sual ünvanlayıb. Musiqiçinin cavabı isə kinayəli olub:

“Millət ilə ayaqlaşırammış. İllərdir qulaqlarımda pirsinqlərim var və pianoda ifa edib, məşq etmədiyim bir ay olursa, uzun dırnaq edirəm. Burada heç bir problem görmürəm. Təki, nəsə deyəsiniz”.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

admin

Related Posts