Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərurda yeni layihələrin reallaşdırılmasına 515 min 300 manat həcmində güzəştli kredit verilib

2022-ci ilin əvvəlindən etibarən Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublikanın bölgələrində özəl bölmə təmsilçilərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi davam etdirilib.

2022-ci ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şərur rayonunda sənaye sahəsində yeni layihələrin dəstəklənməsi, aqrar sektorun, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə yeni layihələrin reallaşdırılmasına 515 min 300 manat həcmində güzəştli kredit verilib. Verilən kreditlər sənaye və kənd təsərrüfatı sahələri üzrə olmaqla, ümumilikdə 35 layihəni əhatə edib.

Rayonunun Qarxun kəndində fiziki şəxslər Tağı Tağıyev tərəfindən çörək istehsalı sahəsinin, Ramal Bağırov tərəfindən ayaqqabı istehsalı sahəsinin, Şərur Sənaye Məhəlləsinində Orxan Məmmədov və Bəxtiyar Səfərov tərəfindən mebel istehsalı sahələrinin, Düdəngə kəndində Nağı Rəhimov tərəfindən dondurma istehsalı sahəsinin yaradılması başa çatdırılıb. Yeni yaradılan müəssisələrdə ümumilikdə 24 nəfər işlə təmin olunub.

Qeyd olunan dövrdə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin, “Araz-3” MMC tərəfindən bitki yağı istehsalı zavodunun, “Şərur-3” MMC tərəfindən karton tara və kağız paket istehsalı sahəsinin və Cəlilkənddə fiziki şəxs Bilal Qasımov tərəfindən meyvə araqları istehsalı sahəsinin genişləndirilməsi istiqamətində də işlər davam etdirilib.

Ümumilikdə rayonda sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirilməsinə 32 min manat dövlət maliyyə dəstəyi göstərilib.

Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə 32 layihənin maliyyələşdirilməsinə 483 min 300 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib. Verilən vəsaitin 343 min 800 manatı heyvandarlığın, 50 min manatı soyuducu anbarın, 38 min 500 manatı quşçuluğun, 31 min manatı arıçılığın, 20 min manatı bağçılığın payına düşüb.

Yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə rayonda 8 heyvandarlıq, 1 bağçılıq, ümumi sahəsi 2715 kvadratmetr olan 2 istixana təsərrüfatının, ümumi tutumu 410 ton olan 2 soyuducu anbarın yaradılması, 10 heyvandarlıq, 1 arıçılıq, ümumi sahəsi 4650 kvadratmetr olan 4 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Həmçinin dövlət maliyyə dəstəyi hesabına 7 heyvandarlıq, 1 quşçuluq təsərrüfatının, ümumi tutumu 150 ton olan 1 soyuducu anbarın yaradılması, 6 heyvandarlıq, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi üzrə işlər davam etdirilib.

admin

Related Posts