Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ziyafət Abbasova ruhi-əsəb dispanserindən xəstəxanaya köçürüldü

Ziyafət Abbasova ruhi-əsəb dispanserindən xəstəxanaya köçürüldü

Xəbər verdiyimiz kimi, iyunun 6-da AXCP üzvü Ziyafət Abbasova ruhi-əsəb dispanserinə yerləşdirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Z.Abbasovanın müalicəsinin digər xəstəxanada davam etdirildiyini bildirib.

“Vətəndaş ruhi-əsəb dispanserində ixtisaslı həkim müayinəsindən keçirildikdən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürülüb. Hazırda müalicəsini orada davam etdirir”, – N. Əliyev deyib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Yaxınları onun saxlanıldığını ehtimal etdiklərini bildirirdilər.

Lakin DİN daha sonra fəalın ruhi-əsəb dispanserinə yerləşdirildiyini açıqlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimova Ziyafət Abbasovanın dəlixanaya qoyulmaqla hədələndiyini bildirmişdi.

Editor

Related Posts