Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əliabad qəsəbəsi və Babək məhəlləsində yeni avtomat telefon stansiyaları quraşdırılır

Muxtar respublikada iqtisadiyyatın aparıcı sahələrindən olan rabitə və yeni texnologiyalar sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Əliabad qəsəbəsində  bir ədəd 1376 nömrə tutumlu NGN tipli avtomat telefon stansiyası fəaliyyət göstərir.  İkin yeni nəsil ATS qəsəbədə sakinlərin, o cümlədən yeni inşa edilən fərdi yaşayış evlərinin artımı nəticəsində yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunması məqsədilə  quraşdırılır.

Həmçinin sakinlərin müraciətləri nəzərə alınaraq Naxçıvan şəhərinin Babək məhəlləsi 22 ünvanında da 576 nömrə yerlik yeni ATS-in quraşdırılması istiqamətində işlər davam etdirilir. Sözügedən ərazidə betonlama işləri yekunlaşıb, 2 ədəd paylayıcı şkaf, 80 metr fiber-optik kabel və 2500 metrə yaxın müxtəliftutumlu  kabellər çəkilir. Xatırladaq ki, həmin zonada yeni inşa olunan çoxmənzilli yaşayış binaları, fərdi evlər, eləcə də idarə, müəssisə və təşkilatların rabitə xətlərinin Babək məhəlləsində yeni quraşdırılan ATS üzərindən qoşulması təmin ediləcəkdir.

Hər iki ərazidə yeni quraşdırılacaq avtomat telefon stansiyalarının ətrafının mühafizə məqsədilə çəpərlənməsi və fiber-optik nişan dirəklərinin basdırılması da nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, cari ilin ötən dövrü ərzində muxtar respublikada ümumilikdə, 1888 nömrə yerlik 5 ədəd yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyaları sakinlərin istifadəsinə verilib.

admin

Related Posts