Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda aptekə silahlı basqın edən şəxslər tutulublar

Bakıda aptekə silahlı basqın edən şəxslər tutulublar

Bakıda aptekə silahlı basqın edən şəxslər tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 9-da gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts