Today Cümə axşamı, 7th Avqust 2025
Birinci 24

Birinci 24

Pezeşkianın oğlu Azərbaycanla münasibətlərdən danışdı: “Üç variant var…”

Pezeşkianın oğlu Azərbaycanla münasibətlərdən danışdı: “Üç variant var…”

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İranda Azərbaycana qarşı səsləndirilən ittihamlara cavab verib.  

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İranın “NasrNews” portalı məlumat yayıb.  
İran liderinin oğlu bildirib ki, görülən bütün işlərin nəticələri var və o nəticələrdən qaçmaq mümkün deyil:
“Odur ki, biz nəyisə demək və nəyisə ifadə etmək istəyəndə dediklərimizin doğruluğuna inanmaqla yanaşı, öz sözlərimizin nəticələrini də düşünməli, onların nəticələrini ölçüb-biçməliyik”.

Y.Pezeşkian qeyd edib ki, bəzi insanlar bir müddətdir ki, davamlı olaraq “Azərbaycan İsrailə müharibədə kömək edib” iddiasındadırlar:

“Belə bir iddia irəli sürməzdən əvvəl ilk növbədə bu iddianı təsdiq edən hansı sənədlərin və sübutların olduğunu araşdırmalıyıq. Kəşfiyyat və təhlükəsizlik təşkilatları bu barədə məlumat veriblərmi? Azərbaycanda yaşayan iranlılardan məlumatlarımız, müşahidələrimiz varmı? Azərbaycanın İrana qarşı müharibədə İsraili dəstəklədiyini sübut edən hansı sübutlar var? Halbuki təhlükəsizlik orqanları bunu təsdiqləməyib. Növbəti mərhələdə bu iddianın ölkəmizə hansı fayda gətirəcəyini araşdırmalıyıq. Biz Azərbaycanla münasibətlərimizin gələcəyinin gərgin olmasını istəyirikmi?”

O, həmçinin Azərbaycanla münasibətdə üç variantın olduğunu bildirib:

“Birincisi, Azərbaycanla müharibə aparmaq, ya da Azərbaycanı bizimlə müharibəyə təhrik etmək. İkincisi, Azərbaycanla məsələni həll etmədən iki ölkə arasındakı münasibətləri nə müharibə, nə də sülh vəziyyətində saxlamaq. Üçüncüsü, fikir ayrılıqlarımıza baxmayaraq, qonşu olmaq və birlikdə işləmək”.

Onun sözlərinə görə, birinci variant həm ölkə rəsmilərinin, həm də ölkənin maraqlarına uyğun deyil. Ancaq təəssüf ki, irəli sürülən iddialar ölkəni birinci varianta doğru sürükləyir.

Pezeşkianın oğlu bildirib ki, ikinci variantda inananlar əslində düşünürlər ki, biz Azərbaycanla dost deyilik, amma biz hərbi münaqişəyə də girmək istəmirik:

“Bu variant da bizim marağımıza uyğun deyil. Niyə? Çünki kiməsə düşmənçilik etdikdə onun sizə qarşı tədbir görməsini gözləməlisiniz. Müharibə təkcə hərbi əməliyyat deyil. Beynəlxalq forumlarda əleyhinizə səs verirlər, əks mövqe nümayiş etdirirlər. Onlar iqtisadiyyatda sizə hər cür zərər verə bilərlər”.

Y.Pezeşkian üçüncü variantın isə bütün siyasi və beynəlxalq məsələlərdə olduğu kimi “Heç bir iki ölkənin eyni mövqe və yanaşmalara malik olmadığı” fərziyyəsinə əsaslandığını qeyd edib:

“Yəni, təbii olaraq fikir ayrılıqları var. Ancaq fikir ayrılıqlarına, hətta bəzən toqquşan maraqlara baxmayaraq, biz əməkdaşlıq edə biləcəyimiz və bir-birimizə fayda verə biləcəyimiz ümumi məsələlər tapa bilərik. İqtisadi, ticari və hətta təhlükəsizlik məsələlərində də biz bir-birimizə kömək edib, fikir ayrılıqlarını mümkün qədər həll edə və ya minimuma endirə bilərik”.


Editor

Related Posts