Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Həbs xəbəri yayıldı, məcburi məzuniyyət və … – Unudulan məmurlar

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var.

Əlixan Məlikov 1994-1996-cı illərdə “Azəriqaz” Dövlət şirkətində baş mütəxəssis, 1996-1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi olub.

O, 4 fevral 2000-ci il tarixində mərhum “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

1 iyul 2009-cu il tarixində isə prezident İlham Əliyevin “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətini ləğv edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində Azəriqaz İstehsalat Birliyinə çevirib.

Qeyd edək ki, Əlixan Məlikov adı baltalanma cinayətində çəkilən mayor Ehtiram Əlişanovun qohumudur. Bu səbəbdən də sabiq məmurun adı uzun müddət bir sıra xəbər başlıqlarından düşmürdü.

Xatırladaq ki, 2009-cu ildə “Azəriqaz” ARDNŞ-nin tabeçiliyinə verildi. Ondan sonra isə mediada Ə.Məlikovun yoxa çıxmasıyla bağlı xəbərlər yayılmağa başladı. Xəbərlərdən birində deyilirdi:

“Düzdür, keçmiş “Azəriqaz” yetkililəri bunu Ə. Məlikovun məzuniyyətdə olması ilə əsaslandırırdılar. Lakin araşdırmalar göstərirdi ki, təkcə Ə.Məlikov deyil, müavinləri də “məcburi məzuniyyətə” göndərilib. Hətta bəzi məlumatlara görə, bundan bir neçə gün sonra Ə. Məlikov xidməti otağında həbs edilib. Buna səbəb isə keçmiş səhmdar cəmiyyətdə aparılan ilk təftiş prosesi zamanı aşkarlanan ciddi korrupsiya faktları olub”.

Daha sonra isə bu iddiaların dəqiqliyi haqqında rəsmi məlumat yayılmayıb.

admin

Related Posts