Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiyanın Azərbaycandakı yeni səfiri Yevdokimov kimdir? – Dosye

Rusiyanın Azərbaycandakı yeni səfiri Yevdokimov kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib.

Mixail Nikolayeviç Yevdokimov 3 avqust 1959-cu ildə anadan olub.
1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.
1981-ci ildən Rusiyanın Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
1996-1997-ci illərdə İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri;
1997-2001-ci illərdə Rusiyanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi;
2001-2002-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin şöbə müdiri;
2002-2011-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin direktor müavini;
2011-ci ilin may-noyabr aylarında MDB ölkələri üzrə Birinci Departamentin direktor müavini;
2011-ci ilin noyabr ayından MDB ölkələri üzrə Birinci Departamentin direktoru vəzifəsini icra edib.
Rus, İngilis və Fransız dillərini bilir.
Ailəlidir, bir oğlu var.

Editor

Related Posts