Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Elman Nəsirov: “Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, qanun hazırlanmalıdır”

Elman Nəsirov: “Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, qanun hazırlanmalıdır”

“Bu gün məhkəmələrdə bəlkə də ədalətli qərarlar verilir, amma bu qərarların icrasında süründürməçilik var. Ən çox şikayətlər bununla bağlıdır. Məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün biz addımlar atmalıyıq”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat təklif edib ki, “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlasınlar: “Sosial şəbəkələrdə təhqirlər çoxdur. Mən İnsan Hüquqları komitəsinin üzvü olaraq öz hüquqlarımı sosial şəbəkələrdə müdafiə edə bilmirəmsə, başqasının hüquqlarını necə müdafiə edim? Biz bu qanun layihəsinin hazırlanması üçün təşəbbüsü ələ almalıyıq. Sosial şəbəkələr cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Nəhayət biz sosial şəbəkələr haqqında qanun layihəsinin hazırlanmasına başlamalıyıq”.

Deputat təklif edib ki, informasiya təhlükəsizliyi ilə bağlı dinləmə keçirilsin: “Xaricdə oturub Azərbaycana şər böhtan atan bloggerlər, sapı özümüzdən olan baltalar var”.

Editor

Related Posts