Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda avtomobildən 5 000 manatlıq qol saatı oğurlanıb

Bakıda avtomobildən 5 000 manatlıq qol saatı oğurlanıb

Bakıda avtomobildən 5000 manatlıq qol saatı oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 11-də paytaxtın Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması müəyyən edilib.

Əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts