Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda növbəti çimərlik mövsümünə start verilib

Naxçıvanda növbəti çimərlik mövsümünə start verilib

Birinci 24 xəbər verir ki, Uzunoba İstirahət Mərkəzində keçirilən açılış tədbirində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev, gənclər və idman naziri Ramil Hacı çıxış edərək 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə iştirakçıları təbrik ediblər. Çıxışlarda bildirilib ki, çimərlik istirahət zonasında təhlükəsizlik tədbirləri görülüb, su və digər idman növləri üzrə yarışların, eləcə də müxtəlif tədbirlərin keçirilməsinə şərait yaradılıb. Qeyd edək ki, quru sahəsinin uzunluğu 233 metr olan çimərliyə qum verilib, nümunəvi xidmətin təşkili məqsədilə ərazidə abadlıq və təmir-bərpa işləri görülüb. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik, 1 kafe-restoran, 1 müşahidə qülləsi, şəxsi əşyaların saxlanılması üçün 88 yerlik dəmir dolab, 4 duş kabini, 4 delfin qayıq, 21 çətir, 40 şezlonq, sanitar qovşaq, açıq istirahət köşkləri və 34 yerlik avtomobil dayanacağı mövcuddur.

Fövqəladə Hallar Nazirliyinin təlim və kurslarda iştirak etmiş xilas¬etmə qrupu ərazidə xidmət aparacaq. Əraziyə müvafiq xəbərdaredici və qadağanedici nişanlar qoyulub, suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən məhdudlaşdırıcı şarlar quraşdırılıb.

Qeyd edək ki, çimərlik saat 9:00-dan 19:00-dək, kafe-restoran isə gecə saatlarınadək işləyəcək. Naxçıvan şəhərindən çimərliyə marşrut xətti də fəaliyyət göstərəcək.

admin

Related Posts