Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Perronda saxlanılan şəxsdə 2 kq-dan çox narkotik aşkarlanıb – FOTO

Perronda saxlanılan şəxsdə 2 kq-dan çox narkotik aşkarlanıb – FOTO

Dəmiryolu perronunda gəzən şəxsdə narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Bəxtiyar Şəmsi Şəmkir rayon Dəllər qəsəbəsindəki Dəmiryolu Vağzalının perronunda saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki torbadan 2 kq 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı XPŞ-də araşdırmalar davam etdirilir.

admin

Related Posts