Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ Qarabağ ermənilərini Azərbaycan ilə hədələyir? – İddia

ABŞ Qarabağ ermənilərini Azərbaycan ilə hədələyir? – İddia

Vaşinqton ultimatum formasında Qarabağ ermənilərinin nümayəndələrini Bakı nümayəndələri ilə üçüncü ölkədə görüşə getməyə məcbur edir. İmtina ediləcəyi təqdirdə Azərbaycan tərəfindən antiterror əməliyyatı ilə hədələnirlər. 

Bu barədə “RİA Novosti” Vaşinqtondakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Vaşinqton ultimatum şəklində Dağlıq Qarabağ nümayəndələrini yaxın gələcəkdə Azərbaycan tərəfi ilə “üçüncü ölkədə” Amerika kuratorunun iştirakı ilə görüşə razılaşmağa məcbur edir”, – agentliyin həmsöhbəti bildirib.

“Üstəlik, Qarabağ rəhbərliyi bu cür təmasdan imtina edərsə, o, Azərbaycanın regionda antiterror əməliyyatı keçirəcəyi ilə hədələnəcək”, – deyə o izah edib.

Həmin mənbə iddia edir ki, Amerikanın “sülhməramlı təşəbbüsü” İrəvanda oturan və Nikol Paşinyanın göstərişlərini yerinə yetirən Qarabağın “Xarici İşlər Nazirliyi”nin rəhbəri Sergey Qazaryan tərəfindən lobbiçilik edilir.

Editor

Related Posts