Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Günay 16 ildən sonra Çingizlə görüşdü və…

Günay 16 ildən sonra Çingizlə görüşdü və…

Müğənnilər Günay İbrahimli və Çingiz Mustafayev uzun illərdən sonra bir araya gəliblər.

Birinci 24 xəbər verir ki, iki sənətçi Moskvada görüşərək məkanların birində birgə “Saçlarına gül düzüm” mahnısını oxuyublar.

Həmin anları sosial şəbəkə hesabında paylaşan İbrahimli bu görüşü keçmişə səyahət kimi xatırlayıb:

“Ən son 16 il əvvəl “Yeni ulduz 7″ mahnı müsabiqəsində bir səhnəni paylaşmışdıq. 16 il sonra təsadüfən görüşüb, o illəri xatırladıq”.

Qeyd edək ki, sözügedən yarışmanın yeddinci mövsümümünün qalibi Çingiz Mustafayev olmuşdu. Çingiz ölkəmizi 2019 -cu ildə “Truth” mahnısı ilə “Avroviziya” mahnı yarışmasında təmsil etmişdir.

O, müsabiqədə finala vəsiqə qazanaraq 8-ci yerdə qərarlaşmışdır.

admin

Related Posts