Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Kikboksinq Federasiyasının yetirmələri ölkə üzrə ən güclülərin müəyyənləşdiyi yarışdan 29 medal qazanıblar

Naxçıvan Kikboksinq Federasiyasının yetirmələri ölkə üzrə ən güclülərin müəyyənləşdiyi yarışdan 29 medal qazanıblar

Sərhədçi İdman Olimpiya Mərkəzində MMA, pankration və qrepplinq üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib. Budəfəki yarış kütləviliyi ilə fərqlənib. Belə ki, üç gün davam edən yarışlarda 90-a yaxın komandadan ümumilikdə 1000-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.

Muxtar respublikanı Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 30 idmançısı təmsil edib. Təmsilçilərimiz üçün uğurlu keçən yarışda 11-i qızıl, 4-ü gümüş və 14-ü bürünc olmaqla, ümumilikdə 29 medal qazanılıb.

İdmançılarımızdan ən yaxşı nəticə Nurəddin Əliyevə məxsusdur. O, 14-15 yaşlılar arasında hər üç növdə çempion olub. Röya Abdullayeva eyni yaş kateqoriyasında qızların MMA və qrepplinq yarışlarında birinci olub. Fidan Paşayeva, Fərid Oruczadə, Yaqub Hacıyev, İsmayıl Hüseynzadə, Əli Nəsrullayev və Turqut Abdullayev də çempionluq sevinci yaşayıb, eləcə də digər idmançılarımızla birgə müxtəlif əyarlı medallar əldə ediblər.

Əlavə edək ki, qrepplinq-gi növü üzrə 21-dən yuxarı yaş kateqoriyasında mübarizə aparan naxçıvanlı idmançı Fərid Əliyev 130 kq çəki dərəcəsində birinci olub.

admin

Related Posts