Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

NDU və ADPU arasında əməkdaşlıq müqaviləsi imzalanıb

NDU və ADPU arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Birinci 24 xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi konfrans keçirilib. Konfrans çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Konfransda universitetin rektoru Elbrus İsayev, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov Azərbaycanda elmin inkişafında, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında və attestasiyasında, respublikamızın elmi potensialının formalaşması və gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə birgə elmi tədqiqatlar aparmaq, layihələr həyata keçirmək, elmi-tədqiqat məlumatlarının və texniki materialların mübadiləsini həyata keçirməklə bərabər akademik heyətin mübadiləsini təşkil etmək, konqres, konfrans, simpozium, seminar və digər birgə elmi yığıncaqlar təşkil etmək, prioritet innovativ layihələri birgə işləyib hazırlamaq və yaradılmış innovativ texnologiyaların və məhsulların tətbiqi üçün şərait yaratmaq məsələləri öz əksini tapıb.

admin

Related Posts