Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq

Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq

Birinci 24 xəbər verir ki, bunu Naxçıvan televiziyasının “Üzbəüz” proqramında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib. Tikinti sektorundakı durğunluğun səbəbinin bu günə qədər muxtar respublikada aparılan tikinti işlərində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqələndirən nazir yaxın bir ay ərzində həm dövlət sifarişi, həm də özəl tikinti sektorunda işlərin bərpa olunacağını vurğulayıb.

Tapdıq Əliyev onu da qeyd edib ki, yaxın vaxtlarda Naxçıvan və Şərurda müasir tekstil fabrikləri fəaliyyətə başlayacaq və ümumilikdə, 4 min iş yeri yaradılacaq. Bununla da, işsizlik səbəbindən vaxtilə Naxçıvandan Türkiyəyə köçmək məcburiyyətində qalan və xüsusilə tekstil sahəsində işləyən minlərlə insan öz doğma yurdlarına qaytarılacaq və işlə təmin olunacaqlar.

Bununla yanaşı, yaxın günlərdə fəaliyyətə başlayacaq yeni Duz İstehsalı Müəssisəsində 66, Şərur Sənaye Məhəlləsində fəaliyyətə başlayacaq Yağ İstehsalı Müəssisəsində isə 100-ə yaxın yeni iş yeri yaradılacaq. Kəngərli rayonunun ərazisində Avropanın qabaqcıl şirkətləri tərəfindən günəş panellərinin istehsalını həyata keçirəcək müəssisə qurulacaq.

Nazir onu da qeyd edib ki, Türkiyə ilə sərhəd bölgədə – Şərur və Sədərək rayonları ərazisində yeni sənaye parkı tikiləcək.

Bütün bunlar ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, “Üzbəüz” proqramı iyunun 25-i, saat 21:00-da Naxçıvan televiziyasında efirə yayımlanacaq.

admin

Related Posts