Laçında ayı yerli sakinə hücum etdi

Laçında ayı yerli sakinə hücum etdi

Laçında ayı yerli sakinə hücum edib.

Bu barədə Laçın Rayon Mərkəzi Xəstəxanasının həkimi Orxan Cəbrayıl məlumat verib.

O bildirib ki, bu gün meşəlik ərazidə ayı Qorçu kənd sakini Nicat Qasımova hücum edərək bud, sağrı və əl nahiyələrindən xəsarət edib. Özünü aktiv şəkildə müdafiə edən N.Qasımov ayının uzaqlaşmasına nail ola bilib.

Xəsarət alan şəxsə tibbi yardım göstərilib.

Editor

Related Posts