Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan itkilərinin sayını açıqladı

Ermənistan itkilərinin sayını açıqladı

Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 4 erməni hərbçisi ölüb.

Birinci 24 Ermənistan mətbuatına istinadən xəbər verir ki, cavab tədbirləri nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb.

Xatırladaq ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.

Editor

Related Posts