Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

12 fələstinli, bir İsrail əsgəri ölüb, 120 fələstinli yaralanıb

12 fələstinli, bir İsrail əsgəri ölüb, 120 fələstinli yaralanıb

İsrail hərbi qüvvələri İordan çayının işğal altındakı qərb sahilindəki Cenin qaçqın düşərgəsində keçirdiyi son illərin ən böyük hərbi əməliyyatının bitdiyini elan edib.

Ötən gecə davam edən əməliyyatda 12 fələstinli və bir İsrail əsgəri ölüb, 120 fələstinli isə yaralanıb. Bu əməliyyat həmçinin, minlərlə insanın düşərgədən didərgin düşməsinə səbəb olub.

İsrail qüvvələri çərşənbə axşamı gecə saatlarında geri çəkildikdən bir neçə saat sonra Qəzzadan İsrailə beş raket atılıb. İsrail isə hava zərbələri ilə cavab verib.

İsrail hərbçiləri “terrorla mübarizə əməliyyatı” keçirdiklərini, Fələstin Xarici İşlər Nazirliyi isə eskalasiyanı “Cenin sakinlərinə qarşı açıq müharibə” adlandırıb.

Çərşənbə axşamı günorta saatlarında İsrailin Baş naziri Netanyahu Cenindəki iki günlük hərbi əməliyyatın başa çatdığını desə də, bunun yeganə əməliyyat olmayacağı ilə bağlı xəbərdarlıq edib.

Fələstin tərəfinin məlumatına görə, ölənlər arasında dörd azyaşlı da var. Ən gənc qurbanın 16, ən böyüyünün 23 yaşı var imiş.

Cenin
İsrail sakinləri öz uşaqları ilə birgə Cenin qaçqın düşərgəsindəki evlərini tərk edir

İsrail hakimiyyəti Cenin düşərgəsinin terror fəaliyyətinin mərkəzinə çevrildiyini bildirir. İsrail Müdafiə Qüvvələri “silahlıların infrastrukturunu hədəf aldığını” bildirib.

BMT Cenində elektrik və suda fasilələr olduğunu, humanitar təşkilatların isə zərərçəkənlərə kömək edə bilmədiyi üçün həyəcan təbili çaldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi bildirib ki, düşərgəyə giriş-çıxış onların üzünə bağlı olduğundan təcili yardım briqadaları yaralılara kömək edə bilməyib. ÜST həmçinin qeyd edib ki, Cenində ən azı iki xəstəxananın atəşə tutulması barədə məlumat var. Fələstin hakimiyyəti hələlik bu barədə daha əvvəl məlumat verməyib.

Sərhədsiz Həkimlər təşkilatı düşərgəyə gedən bütün yolların İsrail hərbçiləri tərəfindən bağlandığını bəyan edib.

“Hərbi buldozerlər Cenin düşərgəsinə aparan bir çox yolu dağıdaraq təcili yardım maşınlarının xəstələrə çatmasını demək olar ki, mümkünsüz edib; fələstinli həkimlər məcburən aktiv atəş və pilotsuz təyyarələrin zərbələri zonasında piyada hərəkət etməyə məcbur olublar”, – qurum bildirib.

BMT-nin müvafiq idarəsi İsrail tərəfini tibb işçilərinin dərhal düşərgəyə daxil olmasını təmin etməyə çağırıb.

Çərşənbə axşamı Təl-Əvivdə sürücü avtomobilini yol keçən piyadaların üstünə sürüb və nəticədə 7 nəfər yaralanıb. Daha sonra sürücü maşından düşərək insanlara bıçaqla hücum etmək istəsə də, o, əlində silah olan yerli sakin tərəfindən güllələnib. İsrail kəşfiyyatının məlumatına görə, sürücü İordan çayının qərb sahilində yaşayan 20 yaşlı sakini imiş.

Cenin,Fələstin, İsrail

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hücumçunu vuran “cəsur vətəndaşa” təşəkkür edərək onun hərəkətlərinin daha böyük gərginliyin qarşısını aldığını və insanların həyatını xilas etdiyini bildirib.

Fələstinin “İslami Cihad” qruplaşmasının nümayəndələri hücumun Cenində baş verənlərə cavab olduğunu bildiriblər.

Həmas hərəkatı fələstinlinin hərəkətini qəhrəmanlıq adlandırıb və əlavə edib ki, “işğalçı öz ölü və yaralılarını saymağa hazırlaşmalıdır”.

Editor

Related Posts