Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanın Həcc ziyarətindən qayıdan ilk zəvvar qrupu Bakıya çatıb

Azərbaycanın Həcc ziyarətindən qayıdan ilk zəvvar qrupu Bakıya çatıb

Azərbaycanın Həcc ziyarətindən gələn ilk zəvvar qrupu Azərbaycana çatıb.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ilk zəvvar qrupunda 180 nəfər olub: “Bu gün ikinci zəvvar qrupu gecə saatlarında Bakıya çatacaq. Həmin qrupda isə 179 nəfər olacaq”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Sonuncu zəvvar qrupu iyulun 14-də Vətənə qayıdacaqlar. Bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edib.

Editor

Related Posts