Ərdoğandan İsveçlə bağlı növbəti açıqlama

Ərdoğandan İsveçlə bağlı növbəti açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni açıqlamalar verib.

Birinci 24 xəbər verir ki, o, bu barədə Milli Müdafiə Universitetinin məzun mərasimindəki çıxışı zamanı danışıb.

Ərdoğan bildirib ki, Türkiyənin son 71 ildə NATO-ya verdiyi töhfələr danılmazdır: 

“Ölkəmizin alyansın genişlənməsinə münasibəti hər kəsə çox yaxşı məlumdur. Biz alyansın açıq qapı siyasətini həmişə dəstəkləmişik və dəstəkləyirik. 

NATO birliyi altında həmrəylik nümayiş etdirək deyənlərin 40 ildə Türkiyədə çevrilişə cəhd edən, minlərlə insanımızı qətlə yetirən qatillərə qucaq açmağa heç bir əsası ola bilməz.

Terror təşkilatlarından uzaq durmayan dövlət NATO-ya necə töhfə verə bilər? Terrorla mübarizə aparmayanlar alyansın düşmənləri ilə necə məşğul ola bilər?

Buna görə də, biz terrorçulara qucaq açan İsveç dövlətinin NATO üzvlüyünü təsdiq edə bilmərik”.

Editor

Related Posts