Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“İstəmirəm, başqa peşə seçsinlər” – Emil qızları haqda

“İstəmirəm, başqa peşə seçsinlər” – Emil qızları haqda

“Sənətdə qeyrətli aparıcılarımız, xanım ifaçılarımız var. Amma xanım üçün çətindir. Müğənnilik gecəsi-gündüzü olmayan sənətdir. İstəyirəm ki, uşaqlarım başqa peşə seçsinlər. Evə 5-6-da gəlsinlər”.

Birinci 24 xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlov “Səhər mərkəzi” verilişində deyib. Övladlarından danışan sənətçi onların müğənni olmasını istəmədiyini etiraf edib.

“Uşaq böyütmək xanım ifaçıya çətin və əziyyətlidir. Dedi-qodulu sənətdir. İstəyərəm qızlarım başqa sənətdə olsunlar. Amma mən istəməklə deyil ki…” deyə, Emil əlavə edib.

Qeyd edək ki, Xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəli olan Emilin Səadət və Zeynəb adlı iki qız övladı var.

admin

Related Posts