Ötən il açıqlamasında “Kurtlar vadisi”nin efirə geri dönəcəyini deyən aktyor Necati Şaşmaz Həcc ziyarətinə yollanıb.
Birinci 24 xəbər verir ki, Şaşmazın ziyarətdən fotolarıı sosial şəbəkədə paylaşılıb. Uzun müddətdir gündəmdən uzaq həyat yaşayan “Kurtlar vadisi”nin Polad Alemdarı iyunun sonunda səfərə yollanıb.
Qeyd edək ki, Necati sonuncu dəfə 2017-ci ildə sözügedən serialda rol alıb. O, serialın uzun fasilədən sonra bu il efirə qayıdacağını bildirib.