Əməkdar artist Cavanşir Məmmədov başına gələn bir hadisədən danışıb.
Birinci 24 xəbər verir ki, müğənni bu haqda “Bizimləsən”də söz açıb. O bildirib ki, bi gün toydan çıxanda üstünə silah çəkib pul istəyiblər:
“Bir dəfə toydan çıxanda bir adlı-sanlı oğlan üstümə silah çəkdi. Toydan çıxmışdım, gəldi ki, pulum yoxdur. Dedim ki, kişi kişidən belə pul istəyir? Silahı əlində fırlatdı, dedi ki, gedirik filan yerdən filan şey almağa. Qayıtdım ki, mən də sənlə gedirəm, pulunu özüm verəcəyəm. Amma sizə pul verməyəcəm. Sonra həmin adamlarla dostlaşdıq”.