Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tanınmış ruhaninin məhkəməsi başlayır

Tanınmış ruhaninin məhkəməsi başlayır

Azərbaycanın nüfuzlu ruhanilərindən Hacı Siyasət Bağırovun məhkəməsi başlayır. Hacı Siyasətin mühakimə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə baş tutacaq. İlkin hazırlıq iclası 25 iyul saat 11:30-a təyin edilib.

Qeyd edək ki, Xocəsən qəsəbə sakini Hacı Siyasət Bağırov 2023-cü ilin 30 mart tarixində həbs edilib.

Martın 27-dən 28-nə keçən gecə onun Neftçaladakı evinə gecə saat 3-də polislər gəlib və axtarış ediblər.

Martın 28-də polis Hacının Xocəsəndə yaşadığı evində də axtarış aparıb, daha sonra evi mühasirəyə alıblar.

30 mart günü Hacı Siyasət Bağırov polis idarəsinə gedib və onu həbs ediblər.

Hacı Siyasət Bağırov Azərbaycan CM-nin 234-241, 234.4.3 maddələri ilə ittiham olunub.

İslamofobiya rəzalətini davam etdirən Azərbaycan hakimiyyəti 30 ilin Quran müəllimini narkotiklə şərləməklə ölkədə İslamı gözdən salmağa çalışır.

Editor

Related Posts