Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağcabədidə maşın dərəyə aşdı: Xəsarət alanlar var

Ağcabədidə maşın dərəyə aşdı: Xəsarət alanlar var

Ağcabədidə avtomobil dərəyə aşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar xəttinə Ağcabədi şəhərində minik avtomobilinin dərəyə aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində iki nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

admin

Related Posts