Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Xəzər TV”dən Elza Seyidcahanla bağlı AÇIQLAMA

“Xəzər TV”dən Elza Seyidcahanla bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Əməkdar artist Elza Seyidcahanın Xəzər Televiziyasında veriliş aparacağı ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı “Xəzər” Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova “Facebook” hesabında paylaşım edib.

“Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə yanaşaraq qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma Xəzər Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur”, – deyə Ü.Qasımova bildirib.

admin

Related Posts