Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

RƏSMİ: “Araz-Naxçıvan” Bakıda oynayacaq

RƏSMİ: “Araz-Naxçıvan” Bakıda oynayacaq

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.

Klubun saytının yaydığı məlumata görə, Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Qeyd edək ki, 2011-cu ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfər, meydanın örtüyü isə təbiidir.

Xatırladaq ki, Premyer Liqada yeni mövsüm avqustun 4-də başlayacaq.

admin

Related Posts