Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Polis Quranı qorumağa çalışan qadına hücum edib

Polis Quranı qorumağa çalışan qadına hücum edib

Danimarka polisi Quranın yandırılmasının qarşısını almağa çalışan qadına hücum edib.

Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Kadrlardan görünür ki, danimarkalı sağçı müsəlmanlar üçün müqəddəs kitabı yandırmazdan əvvəl onun üzərinə ayaqqabı qoyub.

Yoldan keçən qadın Quranı götürüb qaçmağa çalışsa da, bəxti gətirməyib – fəalı mühafizə edən polis qadına hücum edib, onu yerə yıxıb. Daha sonra o Quranı götürüb və cırıb.

İyulun 26-da çərşənbə günü Danimarkada bir həftə ərzində üçüncü dəfə Quranın yandırılması aksiyası keçirilib. Bu dəfə aksiya Pakistan səfirliyinin yaxınlığında baş tutub.

Editor

Related Posts