Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xudatda Cümə məscidi baxımsız vəziyyətdədir, ərazisi satılıb: İcra başçısı isə susur – Fotolar

Xudatda Cümə məscidi baxımsız vəziyyətdədir, ərazisi satılıb: İcra başçısı isə susur – Fotolar

Birinci 24 Pravda-ya istinadən xəbər verir ki, 1995-ci ildə Xudatda Mirzə Fətəli Axundov küçəsində inşa edilən Cümə məscidi 2001-ci ildən etibarən təmir adı ilə bağlanılıb. 22 il keçməsinə baxmayaraq, bu günə kimi məsciddə heç bir təmir işləri aparılmayıb, qapıları möhürlənib. Məscid nəzarətsiz qaldığı üçün qapı-pəncərələri sındırılıb.

Sakinlərin sözlərinə görə, məscid bağlandıqan sonra məscidin həyətindəki torpaq sahələri tədricən satılmağa başlayıb, ərazidə obyektlər tikilib: “Ermənilərin məscidlərimizlə bağlı vandallıqları bunun bariz nümunəsidir. Necə ola bilər ki, aidiyyatı qurumlar bu cür həssas məsələyə biganə yanaşırlar? Bu məsələ dəfələrlə mətbuatda işıqlandırılıb. Aidiyyatı üzrə dəfələrlə Xaçmaz Rayon İcra Hakimiyyətinə və digər qurumlara müraciətlər etmişik, amma heç bir nəticəsi olmayıb”.

Editor

Related Posts