Vətən müharibəsi qazisi, Ucar rayon sakini Nicat Qüdrət oğlu Cəfərov intihara cəhd edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Ucar Rayon Məhkəmə binası önündə rayon sakini, 1992-ci il təvəllüd Nicat Qüdrət oğlu Cəfərov intihar etmək məqsədi ilə damarlarını doğrayıb. Onun ikinci Qarabağ müharibəsi iştirakçısı olduğu deyilir. Qazinin üzləşdiyi qanunsuzluğa etiraz olaraq intihara cəhd etdiyi bildirilir.