Bakının Yasamal rayonunda piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Mətbuat prospektində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yoldan keçən iki qadını vurub.
Hadisə nəticəsində hər iki piyada ölüb. Faktla bağlı araşdırma aparılır.