Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Türkiyəni dünyanın 10 ən böyük dövlətindən birinə çevirəcəyik”

“Türkiyəni dünyanın 10 ən böyük dövlətindən birinə çevirəcəyik”

“Biz Türkiyəni dünyanın 10 ən böyük, ən güclü və ən firavan dövlətindən birinə çevirəcəyik deyərkən bu infrastruktura, bu səviyyəyə, bu texnikaya güvənirik”.

Birinci 24 xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bunu “30 Avqust Zəfər Bayramı Xüsusi Konserti və 100-cü Yubiley Marşının Tanıtım Proqramı”nda çıxışında deyib.

“Avqust tariximizə “Qələbələr ayı” kimi daxil olan müstəsna bir zamandır. Malazgirtdən Belqrada, Mohaçdan Kiprə qədər bir çox uğurlarla dolu, adını tariximizə qızıl hərflərlə yazan bu özəl ayın sonuna gəldik. Avqust ayını Anadoludakı son dövlətimiz olan Cümhuriyyətimizin qurulmasına yol açan böyük zəfərin ildönümü ilə bağlayırıq. 26 avqust 1922-ci ildə Qazi Mustafa Kamal Atatürkün verdiyi “hücum” əmri ilə ordumuz Böyük Hücuma başladı. Düşmən xətlərini bir-bir darmadağın edən qəhrəman ordumuz avqustun 30-da baş verən Baş Komandan döyüşü ilə Yunanıstanın işğalçı qüvvələrinin əhəmiyyətli bir hissəsini darmadağın edərək İzmirin yolunu açdı”, – deyə Türkiyə Prezidenti əlavə edib.

Editor

Related Posts