Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İmran Xanın həbs müddəti iki həftə uzadıldı

İmran Xanın həbs müddəti iki həftə uzadıldı

Pakistanın dövlət sirri haqqında qanun çərçivəsində işlərə baxan Xüsusi Məhkəməsi çərşənbə günü keçmiş baş nazir İmran Xanın həbs müddətini iki həftə, sentyabrın 13-dək uzadıb.

Birinci 24 xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Qeyd ounur ki, iş üzrə məhkəmə iclası qapalı keçirilib və sabiq baş nazirin həbs müddətinin uzadılmasına qərar verilib.

İclasdan sonra Xanın vəkili eks-baş nazirə qarşı açılan işi “əsassız” adlandırıb, həmçinin onun zamin müqabilində azadlığa buraxılması üçün vəsatət qaldıracağını bildirib.

Xatırladaq ki, avqustun 5-də məhkəmə İmran Xanı Toşaxan dövlət depozitarından qiymətli əşyaların satışı ilə bağlı dələduzluqda ittiham edərək üç il müddətinə azadlıqdan məhrum edib. Cəza həm də Xanın beş il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməsini nəzərdə tutur. İslamabad Ali Məhkəməsi isə ötən gün üç illik cəzanı təxirə salıb.

Editor

Related Posts