Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Laçında qəza: yaralılar helikopterlə Bakıya göndərildi – Video

Laçında qəza: yaralılar helikopterlə Bakıya göndərildi – Video

Sentyabrın 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Birinci 24 Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “SOCAR” PETROLEUM QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.

Editor

Related Posts