Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz”

“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz”

Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron “L’Equipe” qəzetinə verdiyi açıqlamasında bildirib.

“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz. Rusiyanın “müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur”, – Makron qeyd edib.

O vurğulayıb ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi şəkildə iştirak etmək qərarı Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.

Qeyd edək ki, Olimpiya Oyunları 26 iyul – 11 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək.

Editor

Related Posts