Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

NATO gələn il Soyuq Müharibədən sonra ən böyük təlimlərini keçirəcək – FT

NATO gələn il Soyuq Müharibədən sonra ən böyük təlimlərini keçirəcək – FT

NATO gələn il Soyuq Müharibədən sonra ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır.

Birinci 24 xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb. Məlumata görə, “Mətin Müdafiəçi” adlanan manevrlərə ən azı 41 min əsgər və 50-dən çox gəminin cəlb ediləcəyi və təlim zamanı 500-700 döyüş atışının həyata keçiriləcəyi gözlənilir.

Nəşrin fikrincə, təlimin məqsədi “alyansa üzv olan ölkələrdən birinə qarşı yönəlmiş Rusiya təcavüzünü dəf etmək cəhdini təcrübədən keçirməkdir. İddialara görə, NATO bu manevrləri “Moskvaya alyansın müharibəyə hazır olduğunu nümayiş etdirmək” kimi qiymətləndirir.

FT-nin məlumatına görə, təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. NATO-ya üzv 31 ölkə ilə yanaşı, hələ də Türkiyə və Macarıstandan alyansa üzv olmaq üçün razılıq gözləyən İsveç də iştirak edəcək.

Editor

Related Posts