Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kim Çen In Rusiyanın qələbəsinə qədəh qaldırdı, tost dedi

Kim Çen In Rusiyanın qələbəsinə qədəh qaldırdı, tost dedi

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidentinin verdiyi naharda Rusiyanın qələbəsinə, Putinin və orada olan hər kəsin sağlamlığına, Rusiya-Koreya münasibətlərinin möhkəmlənməsinə qədəh qaldırıb.

Birinci 24 TASS-a istinadla xəbər verir ki, əvvəlcə Putin atalar sözlərini sitat gətirərək Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlığa dair tost deyib.

“Rusiya Federasiyasının hörmətli Prezidenti, yoldaş Vladimir Vladimiroviç Putinin sağlamlığına, böyük Rusiyanın yeni qələbəsinə, Rusiya-Koreya dostluğunun davamlı inkişafı və möhkəmlənməsinə, burada iştirak edən hamının sağlamlığına qədəh qaldırmağı təklif edirəm”, – daha sonra Kim Çen In deyib.

Koreya lideri bundan əvvəl Rusiya ordusunun və xalqının hegemonluq illüziyalarını özündə saxlayan “şər yığıncağı” üzərində qələbə çalacağına əmin olduğunu bildirib .

Qeyd edək ki, KXDR lideri Rusiya prezidentinin dəvəti ilə Rusiyaya gəlib. Onun səfəri rəsmi statusa malikdir – bu, protokol praktikasında ən yüksək kateqoriyalardan biridir.

Editor

Related Posts