Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fədayə Laçın: “Kiməsə bir qəpik borcum yoxdur”

Fədayə Laçın: “Kiməsə bir qəpik borcum yoxdur”

Ötən gün pul ilə bağlı paylaşımı səbəbindən gündəmə gələn müğənni Fədayə Laçın haqqında yazılan xəbərlərə reaksiya verib.

Birinci 24 xəbər verir ki, sənətçi yazdığı “Mənim kimi, dağıdın getsin. Borcun içində üzməyin də öz ləzzəti var” sözlərinə sosial şəbəkə hesabında aydınlıq gətirib.

“Ay Allah öldüm! Bunların yumor hissi ölüb. Bu dəfə kədərləndim. Oturum yeni bir xəbər fikirləşim. Görürəm paylaşmağa bir şey tapmırlar, kömək edim. Əl tutmaq yaxşı şeydir. Fikirləşirəm… Qızın hər kəlməsi gündəm olur da… Nəzərinizə çatdırım ki, hazırda oğlum Əlhəmlə birgə Türkiyənin paytaxtı Ankara şəhərində istirahətdəyəm. Kimsəyə də bir qəpik borcum yoxdur”.

Qeyd edək ki, Fədayə oğlu Əhləmlə birlikdə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Moskvada restoran biznesi ilə məşğul olurlar.

admin

Related Posts