Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Günel Nyu-Yorkda Hollivud aktyoru ilə görüşdü – FOTO

Günel Nyu-Yorkda Hollivud aktyoru ilə görüşdü – FOTO

ABŞ-da yaşayan keçmiş teleradio aparıcısı Günel Hümbətova “Pianoçu” filmi ilə daha da məşhurlaşan Hollivud aktyoru Edrien Broudi ilə görüşüb.

Birinci 24 xəbər verir ki, Günel Nyu-Yorkda qatıldığı sərgidə aktyorla bir araya gəlib.

Bu anı telefonun kamerasına həkk edən Hümbətova E.Broudi ilə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Günel paylaşımına “Avqustun son günü əyləncəli keçdi. Nyu-Yorkda incəsənət tədbirlərində iştirak etmək həmişə böyük təcrübədir. Bu həm də gözəl insanlarla tanış olmaq şansıdır” sözlərini yazıb.
Qeyd edək ki, G.Hümbətova bir neçə ay əvvəl həyat yoldaşı Firuz Soliyevlə boşandığını açıqlayıb. Cütlük 2015-ci ildə ailə qurub və ABŞ-a köçüb. Keçmiş aşiqlərin Jozefina adlı bir qızı var.

admin

Related Posts