Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Aİ bu günə qədər 10 milyon ukraynalı qaçqın qəbul edib” – Avropa komissarı

“Aİ bu günə qədər 10 milyon ukraynalı qaçqın qəbul edib” – Avropa komissarı

“Münaqişə başlayandan Avropa İttifaqına (Aİ) gələn ukraynalı qaçqınların sayı təxminən 10 milyon nəfərdir”.

Birinci 24 TASS-a istinadla xəbər verir ki, bunu Avropanın daxili bazar üzrə komissarı Terri Breton Sud Radio-nun efirində deyib.

“Miqrasiya problemi həm cənubdan, həm də şərqdən hamımıza təsir edir. Biz elə bir vəziyyət yaşayırıq ki, 10 milyona yaxın ukraynalı qaçqın qəbul etmişik. Çexiyada miqrantların sayı onun əhalisinin 4%-ni, 440 min nəfəri təşkil edir. Macarıstan və Polşa da ukraynalı miqrantları ən çox qəbul edən ölkələr arasındadır”, – Avropa komissarı bildirib.

Qeyd edək ki, hazırda ukraynalıları müdafiə etmək məqsədi ilə onların Avropa İttifaqı ölkələrində bir ildən üç ilədək müvəqqəti qalması üçün xüsusi mexanizm var. Bu mexanizm onlara müvəqqəti yaşamaq icazəsi, iş, təhsil, mənzil, tibbi xidmət hüququ, həmçinin, ittifaq daxilində hərəkət etmək imkanı təmin edir. Bu imkandan 24 fevral 2022-ci il tarixdən Aİ-yə gələn Ukrayna vətəndaşları, bu ölkədə yaşayan digər dövlətlərin vətəndaşları, Ukraynada sığınacaq hüququndan istifadə edən və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər.

Editor

Related Posts