İran Statistika Mərkəzinin hesabatları da daxil olmaqla rəsmi statistikanın araşdırılması göstərir ki, yaz mövsümünün sonunda ölkənin bir çox əyalətlərində yoxsulluq indeksi artıb və Lorestan əyaləti də daxil olmaqla, təxminən 70%-ə çatıb.
Yoxsulluq indeksi işsizlik səviyyəsini inflyasiya səviyyəsinə əlavə etməklə əldə edilir və Statistika Mərkəzinin hesabatında cari ilin ilk üç ayı ərzində ötən ilin yazına nisbətən bu indeksin 1,7% artdığı göstərilir.
İranlı iqtisadçıların sözlərinə görə, bu indeks ölkə daxilindəki inflyasiya və ən əsası da intihar statistikası ilə birbaşa bağlıdır.