Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Afiəddin Məmmədovun yenidən saxlanıldığı bildirilir

Afiəddin Məmmədovun yenidən saxlanıldığı bildirilir

İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun polis tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.

İddia olunur ki, Afiəddin Məmmədov evinin yaxınlığında saxlanılıb. Səbəb kimi də onun yaşadığı binadan çıxarkən bir şəxsi bıçaqlaması göstərilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, A. Məmmədov bu il avqustun 1-də – Bakıda kuryerlərin təşkil etdiyi etiraz aksiyasından sonra saxlanılmış, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci maddəsi (qanuni tələblərə qəsdən tabe olmamağa görə) əsasında 30 sutka həbs cəzası verilmişdi.

Editor

Related Posts