Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tərxis olunub evə qayıtmasına 10 gün qalıbmış… – Fotolar

Tərxis olunub evə qayıtmasına 10 gün qalıbmış… – Fotolar

Mingəçevir daha iki şəhidini son mənzilə yola salıb.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları zamanı şəhid olan əsgər Əliyev Cavid Ceyhun oğlu Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidin atası Ceyhun Əliyev deyir ki, oğlu hərbi xidməti başa vurub, tərxis olunub evə qayıtmasına 10 gün qalıbmış.

Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha bir şəhid – Səfərov Gökhan İlqar oğlu  erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. O da bu gün Şəhidlər Xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin!

Editor

Related Posts