Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ermənistan mane olsa, dəhliz İrandan keçəcək” – Ərdoğan

“Ermənistan mane olsa, dəhliz İrandan keçəcək” – Ərdoğan

“Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik”.

Birinci 24 xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikası səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Naxçıvandan, Ermənistandan keçərək Azərbaycana gedəcək. Ermənistandan keçməsi məsələsinə gəlincə, Ermənistan bu işə mane olsa, haradan keçəcək? İrandan keçəcək. İran hazırda buna müsbət baxır və buna görə də İrandan Azərbaycana keçmək imkanı yaranacaq”, – Ərdoğan bildirib.

Xatırladaq ki, ötən gün – sentyabrın 25-də R. T. Ərdoğan Naxçıvan MR-ə rəsmi səfərə gəlib.

Editor

Related Posts